...

"Gürcüstan dəmir yolu" MMC-nin icarəyə verilməsi ilə bağlı təkliflərə baxılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2007 20:53 (UTC +04:00)
"Gürcüstan dəmir yolu" MMC-nin icarəyə verilməsi ilə bağlı təkliflərə baxılır

Gürcüstan, Tiflis/ Trend müxbir N.Kirtsxalia/ Bu gün Gürcüstanın iqtisadiyyat naziri Qiorqi Arveladze "Gürcüstan dəmir yolu" MMC-yə idarəetmə hüququ ilə özəl investorun cəlb olunmasını istisna etməyib. Bazar ertəsi Arveladze jurnalistlərə bildirib ki, hələ söhbət "hər hansı konkretlikdən" getmir.

"Bizdə investorlar tərəfindən maraq var, amma bu mərhələdə bu mövzuda hələ ki, heç bir danışıq yoxdur", - deyə o söyləyib. Nazir hələ müəssisənin icarəyə veriləcəyinin qərara alınmadığını söyləyib.

"Biz yalnız o haqda düşünürük ki, gələcəkdə dövlətin dəmir yolu sahəsinə müdaxiləsini minimuma salaq", - deyə Arveladze bildirib.

"Biz menecmentin dəyişdirilməsi haqqında düşünürük, belə ki, dövlət yaxşı menecer deyil. Özəl menecer daha faydalı işləyəcək və dövlətə böyük gəlir gətirəcək", - deyə o hesab edir.

Bununla yanaşı nazir MMC-nin tamamilə satılması ilə bağlı məlumatları qəti təkzib edib. Nazir hesab edir ki, MMC icarəyə veriləcəyi halda icarə müddəti 25, yaxud 49 il ola bilər.

Xəbər lenti

Xəbər lenti