Rusiya, Moskva/ Trend müxbir R.Ağayev/ Crocus International QSC və "Rusiya avtomobil istehsalçıları birliyi" Qeyri-Kommersiya Tərəfdaşlığı ("RAİB" QKT) "Rusiya avtomobil istehsalçıları birliyi" QKT-nin təşkil etdiyi və dəstəklədiyi bütün avtomobil sərgilərinin keçirilməsi və təşkil olunmasnda əməkdaşlıq və tərəfdaşlıq barədə uznmüddətli baş saziş imzalayıblar. Bu barədə Crocus Internationalın kommersiya direktoru Emin Ağalarov məlumat verib.
Bundan sonra bütün sərgiləri, Beynəlxalq avtomobil istehsalçıları birliyinin (OICA) Rusiyada keçirəcəyi sərgiləri də Crocus International təşkil edəcək.
İlkin qiymətləndirməyə əsasən, 2007-ci ildə "Krokus Ekspo" Beynəlxalq Sərgi Mərkəzinin keçirəcəyi tədbirlərin sayı 2006-cı illə müqayisədə dörd dəfədən çox artacaq. Sərgi sahələri isə Moskvanın sərgi proqramının təqribən 2/3 hissəsini əhatə edəcək.
Bu proqnozlar həmçinin birinci yarımildə "Krokus Ekspo" sərgi fəaliyyətinin ilkin yekunları ilə də təsdiq olunur. Belə ki, 2006-cı ildə ümumilikdə 87 sərgi olmuşdusa, yanvar-iyun aylarında 68 sərgi keçirilib ki, bunların da 58-i qonaq, 10-u isə xüsusi sərgi olub.
2007-cı ilin birinci yarısında keçirilən sərgilərin ekspozisiya hissəsi 900 min kv.m təşkil edib ki, 2006-cı ildə bütün il üçün bu göstərici 1,2 mln. kv.m olub.
Ağalarovun sözlərinə görə, avqust ayında "Krokus Ekspo" sərgi kompleksinin üçünücü pavilyonunun açılışı baş tutacaq. Bu pavilyonun fəaliyyətə başlaması ilə kompleks dünyanın iri sərgi-konqres mərkəzlərinin sırasına daxil olacaq.
Üçüncü pavilyonun sahəsi 310 min kv.metrdən çoxdur. Burda 150 min kv.m-dən çox ərazidə ekspozisiya zalları, 8 min. kv.m-dən çox sahədə konfrans zalları və danışıq otaqları, 6 min nəfərlik konsert zalı, restoran, ofis və yardımçı otaqlar yerləşəcək.
Üçüncü pavilyon da nəzərə alınmaqla Krokus Ekspo-nun ümumi sahəsi 450 min kv.metri ötəcək.