...

Oktyabr ayında "Bakı-Tbilisi-Qars" dəmir yolunun Türkiyə hissəsinin tikintisinin başlanması münasibətilə mərasim təşkil olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyul 2007 11:25 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Əliyev/ Hökumətdən verilən məlumata görə, oktyabr ayında "Bakı-Tbilisi-Qars" marşrutu üzrə dəmir yol rabitəsinin Türkiyə hissəsinin tikintisinin başlanması münasibətilə mərasimin keçiriləcəyi gözlənilir.

Hazırda yolun Türkiyə hissəsinin tikintisi məqsədilə tender elan olunub. Yolun Tyrkiyə hissəsinin uzunluğu 76 kilometr təşkil edir. Sərhəddə uzunluğu 2 min metrdən çox olan tunel çəkiləcək.

Türkiyənin "Yükcel Domanic" şirkəti "Bakı-Tbilisi-Qars" marşrutu üzrə dəmir yol rabitəsinin gürcü hissəsinin tikintisi üzrə işçi layihənin hazrlanması prosesini başa çatdırıb.

İlin sonuna qədər Azərbaycan Gürcüstan tərəfinə "Bakı-Tbilisi-Qars" marşrutu üzrə dəmir yolunun tikintisi məqsədilə ayrılmış 200 mln. məbləğində kreditin 50 mln. dolarını təqdim edəcək.

Azərbaycan tərəfindən Gürcüstana təqdim olunan kreditin ümumi həcmi 200 mln. dollar təşkil edir. Kredit faiz dərəcəsi 1% olmaqla 25 illik müddət üçün ayrılıb. Kredit dəmir yol rabitəsinin gürcü hissəsinin bərpası və tikintisi məqsədilə nəzərdə tutulub.

Prezidentin "Bakı-Tbilisi-Qars yeni dəmir yol layihəsinin reallaşması çərçivəsində görülən tədbirlər haqqında" sərəncamına əsasən, başda nəqliyyat naziri Ziya Məmmədov olmaqla dövlət komissiyası yaradılıb.

Komissiyanın tərkibinə Maliyyə, Xarici İşlər, İqtisadi İnkişaf nazirliklərinin, Dövlət Neft Fondunun, Beynəlxalq Bankın nümayəndələri daxildir. Azərbaycan hökuməti tərəfindən layihənin koordinatoru Nəqliyyat Nazirliyi təyin olunub.

Xəbər lenti

Xəbər lenti