Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/Bu il iyul ayının 31-də saat 11:00-dan 12:30-dək BFB-də qeydiyyat №-si 10303115S olan Dövlət Qısamüddətli İstiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Bu barədə birjanın məlumatında göstərilib.
İstiqrazların ümumi həcmi 5 mln. manat, bir istiqrazın nominal dəyəri 200 manat, tədavül müddəti 182 gün, ödəmə tarixi 29 yanvar 2008-ci ildir.
Hərrac zamanı DQİ buraxılışının 20%-dan artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.