...

"Gedebey Respublika Idman Kompleksi" ASC üzrə irnvestisiya müsabiqəsi elan olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Avqust 2007 17:20 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ Azərbaycanın Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi "Gedebey Respublika Idman Kompleksi" ASC (Gədəbəy respublika idman kompleksi) üzrə investisiya müsabiqəsi elan edib. Komitənin verdiyi məlumata görə, müsabiqədə azərbaycan investorları və xarici sahibkarlar iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək və beynəlxalq tələblərə cavab verən idman kompleksinin tikintisi məqsədilə investorlar qarşısında bir sıra tələbələr irəli sürüləcək.

Namizədlər idmançıların məşq etməsi üçün şəraitin yaradılması ilə bağlı vacib işlərin görülməsini, idmanın müxtəlif növləri üzrə məşq zallarının mövcudluğu və idman turnirləri və yarışlarının keçirilməsi məqsədilə əlverişli şəraitin yaradılmasını özündə birləşdirən investisiya proqramlarını təqdim etməlidirlər.

Proqramda əhalinin aztəminatlı təbəqəsinin kompleksdən istifadəsi üçün şəraitin yaradılması, yeni iş yerlərinin açılması, iş şəraitnin yaxşılaşdırılması və işçilərin sosial təminatı üzrə məsələlər göstərilməlidir.

Namizədlər müvafiq təklifləri və 4 min ədəd özəlləşdirmə çeki təqdim etməli və dövlət büdcəsinə 40 min manat ödəməlidirlər.

Müsabiqənin yekunu olaraq üstünlük investisiyaların maksimum həcmini və onların effektiv qoyuluşunu təklif edən namizədə veriləcək.

Xəbər lenti

Xəbər lenti