...

Batumidə Cənubi Qafqazda bank-pərakəndə xidmətin perspektivlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Avqust 2007 11:55 (UTC +04:00)

Gürcüstan, Tbilisi /müx. Trend N.Kirtsxalia/ Avqustun 2-dən 4-dək Gürcüstanın "Xalq Bankı" Batumidə dördüncü beynəlxalq bank konfransı keçirir. Bankdan verilən xəbərə görə, konfransın mövzusu bank-pərakəndə xidmətin inkişafı və onun Cənubi Qafqaz ölkələrindəki perspektivləridir.

Konfransda MDB və Avropanın aparıcı bank və maliyyə institutlarının nümayəndələri iştirak edir.

Konfrans iştirakçıları banklar və maliyyə institutları arasında birgə əməkdaşlıq, pərakəndə biznesin inkişaf perspektivləri, habelə bank sistemi və sürətli pul köçürmələri sisteminə yeni texnologiyaların tətbiqi kimi məsələləri müzakirə edəcəklər.

Bu cür konfransları "Xalq Bankı" hər il keçirir. İlk beynəlxalq konfrans Çakvidə (kurort yeri), ikinci və üçüncü isə Tbilisidə baş tutub.

Bankdan verilən xəbərə görə, konfrans iştirakçılarının sayı ildən-ilə artır.

Xəbər lenti

Xəbər lenti