...

"Palmali" şirkətinin sifarişi ilə yeni tanker quraşdırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Avqust 2007 19:27 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Avqustun 3-də Nijni-Novqorodda "Krasnoye Sormovo" zavodunda "Palmali" şirkətinin sifarişi ilə quraşdırılımış 19619 layihəli yeni tankerin buraxılışı baş tutub. Tanker "Masallı" adlandırılıb, "Palmali" şirkətinin məlumatında belə deyilir. 13500 ton dedveyt və 13000 ton yükqaldırma qabiliyyətinə malikdir. Uzunluğu 149,9 m, eni 17,3 m, bortun hündürlüyü 10,5 m, suya oturma dərəcəsi 7,14 m təşkil edir. Tankerin heyəti 30 nəfərdən ibarətir.

Tankerin layihəsi Odessa şəhərinin "Dəniz Mühəndis Bürosu" tərəfindən hazırlanıb və bütün tələblərə cavab verir. Tanker beynəlxalq ekoloji standartlara cavab verir və onun tikintisində ən müasir kokstruksiyalar tətbiq olunub.

"Palmali" şirkəti Aralıq, Xəzər və Qara dənizlərində yük daşınma üzrə ixtisaslaşıb. Həmçinin şirkət Rusiyanın daxili limanlarında yük daşınması üzrə liderdir. Gəminin donanması 120 gəmidən ibarədir. "Palmali" əsasən neft məhsullarının (benzin, qazoyl, vakuum qazoylu, oduncaq, kerosin), xam neft, məişət və sənaye yağlarının daşınmasında ixtisaslaşıb. Bundan əlavə, şirkət bütün növ quru yükləri daşımaq qabiliyyətinə malik olan quru yuk daşıyıcılarından ibarət donanmaya malikdir.

Xəbər lenti

Xəbər lenti