...

"Azərbaycan İnvestisiya Şirkəti" və AİB arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Avqust 2007 19:32 (UTC +04:00)
"Azərbaycan İnvestisiya Şirkəti" və AİB arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb (video)

Azərbaycan, Bakı / Trend müxbir İ.Xəlilova / "Azərbaycan İnvestisiya Şirkəti" (AİŞ) və "Asiya İnkişaf Bankı" (AİB) avqustun 6-da qarşılıqlı anlaşma memorandumu imzalayıblar. Sənədi AİŞ-in icraçı direktoru Anar Axundov və AİB-in Bakı nümayəndəliyinin rəhbəri Filip Çanq imzalayıblar.

AİŞ-in rəhbəri memorandumun vacibliyini etiraf edib, belə ki, SC-nin strategiyasına uyğun olaraq investisiya şirkəti xarici investorlarla birlikdə investisiya qoymaq niyyətindədir.

AİŞ hazırda Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və Küveyt Maliyyə Evi ilə birgə iş təcrübəsinə malikdir, sonuncu ilə isə investisiya şirkətinin yaradılması planlaşdırılır.

"AİB ilə əməkdaşlıq təkcə birgə investisiya qoyuluşu prosesi deyil, bu böyük təcrübənin istifadəsi planında da vacibdir. Bu Asiya regionundan strateji investorların cəlb edilməsinə təsir göstərir ki, bu da bu regionun inkişaf səviyyəsini nəzərə aldıqda çox mühümdür" - deyə Axundov bildirib.

AİB-in nümayəndəsinin sözlərinə görə, bank bir tərəfdaş kimi AİŞ ilə birlikdə qeyri-neft sektorunun inkişafı və uzunmüddətli davamlı inişafın dəstəklənməsi kimi məqsədlər güdür.

Bu əməkdaşlıq AİB-ə özəl sektorda, xüsusilə infrastruktur sahəsində maliyyələşmənin həcmini genişləndirməyə imkan verəcək.

Memoranduma əməkdaşlığın aşağıdakı istiqamətləri daxildir:

- Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda birgə investisiyaların həyata keçirilməsi,

- iqtisadiyyatın müxtəlif sahələrində birgə tətqiqatların aparılması,

-layihələrin və maliyyə təhlilinin birgə qiymətləndirilməsi,

-perspektiv layihələr və potensial investorlar ilə bağlı məlumat mübadiləsi,

-investorlar şəbəkəsinin genişləndirilməsi,

-AİB tərəfindən AİŞ-in əməkdaşları üçün treyniqlərin və digər tədris proqramlarının keçirilməsi,

- Azərbaycanda fəaliyyət göstərən kommersiya təşkilatlarına texniki dəstəyin göstərilməsi.

Xəbər lenti

Xəbər lenti