...

AKİA Xaçmaz rayonunun kredit ittifaqları üçün treninqlər təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Avqust 2007 13:06 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycan Kredit Ittifaqları Assosiasiyasının (AKİA) əməkdaşları Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən kredit ittifaqları üçün treninq keçiriblər. Bu barədə Assosiasiyanın yaydığı məlumatda bildirilir.

"Dünya bankının kənd təsərrüfatının inkişafı və kreditləşdirilməsi (ACDP-2) layihəsi çərçivəsində agent sazişi üzrə kredit siyasətinin həyata keçirilməsi" mövzusunda təşkil olunmuş treninqdə 4 kredit ittifaqını ("Aqra", "Kömək", "Balıqçı" və "Şans") təmsil edən 20 nəfər iştirak edib.

Treninqdə ittifaq üzvləri arasında kreditlərin bölüşdürülməsi, kreditlərin qaytarılması, nizamnamə kapitalının artırılması, habelə yeni yaradılan ittifaqların üzvlərinin sayının artırılması mövzusunda müzakirələr aparılıb.

Azərbaycan Kredit Ittifaqları Assosiasiyası 2003-cü ildə yaradılıb. Assosiasiyanın əsas məqsədi - kredit ittifaqlarının maraqlarının müdafiəsi, ölkə daxilində kredit ittifaqları şəbəkəsinin inkişafı, habelə müvafiq məqsədlərə çatmaq üçün təlimlərin keçirilməsidir.

Xəbər lenti

Xəbər lenti