...

"TrendCapital"ın eksperti: Azərbaycanda işsizlərin əsas hissəsi gənclərdi (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Avqust 2007 20:40 (UTC +04:00)
"TrendCapital"ın eksperti: Azərbaycanda işsizlərin əsas hissəsi gənclərdi (video)

Azərbaycan, Bakı/ Trend müxbir L.Abdullayeva/ Azərbaycanda işsizliyin səviyyəsi 4 mln. əməkqabiliyyətli əhaliyə qarşı 7,7% təşkil edir. Işsizlərin ümumi sayının 69,1%-i 35 yaşa qədər olan insanlardır. Ən yüksək işsizlik səviyyəsi isə 20-24 yaş arası gənclər arasındadır.

Bu cür vəziyyət böyük sayda yaxşı maaşı olan özəl işlərin fonunda müşahidə olunur. Azərbaycan vətəndaşları və ilk növbədə Ali məktəb məzunları olan gənclər əksərən vakant yerlərin namizədlərin sayına nisbətən az olduğu ixtisaslar üzrə işləmək istəyirlər

Bu ona görə baş verir ki, bu gün Ali məktəblər ictimaiyyətə lazımı ixtisaslarda təlabatı ödəmək üçün yox, özləri üçün işləyirlər. Ali təhsil müəssisələri abitiuriyentlərin tələbatından istifadə edərək fakültələrə daha çox insan yığmağa çalışırlar.

İxtisasın seçilməsi ən çox onun nüfuzundan asılı olaraq seçilir. Əgər Avropa ölkələrində peşəkar ixtisas almış insanların 40-60% işlə təmin olunursa, Azərbayacanada bu göstərici 5-7% həcmindədir.

Bununla əlaqədar olaraq həm mütəxəssis hazırlanmasında, həm də peşəkar hazırlıq sahəsində təhsilin səviyyəsi artırılmalıdır. Bu problemin həllində dünya səviyyəli tələblərə cavab verən "peşəkar standartların" tətbiqi də yardım edəcək.

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv qəbul olunması ilə əlavə işsizliyin yaranmasının və qeyri səmərəli istehsalın azalacağı gözlənilir.

Bu yolla gələcəkdə arta biləcək proseslərin qarşısını almaq üçün artıq indidən rəqabətə davam gətirə biləcək, keyfiyyətli kadr və əmək potensialı yetişdirilməsinə yönəlmiş tədbirlər görmək lazımdır. Bu əmək məhsuldarlığının artırılması ilə bilavasitə bağlıdır.

Xəbər lenti

Xəbər lenti