...

KfW Azərbaycanın Əhali Əmanətlərinin Sığortası Fonduna məsləhətçi göndərəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Avqust 2007 14:10 (UTC +04:00)

Azərbaycan, Bakı / " müxbir İ.Xəlilova / Avqustun 13-dən Almaniya İnkişaf Bankı KfW Azərbaycanın Əhali Əmanətlərinin Sığortası Fonduna ikinci məsləhətçini göndərəcək. Bu barəd Fondun icraçı direktoru Azad Cavadov məlumat verib. O, Fondda fəaliyyət göstərməsi üçün tələb olunan daxili sənədləşmənin tərtib olunmasında yardım göstərəcək.

Cavadovun sözlərinə görə, bankın ekspertləri Fondun fəaliyyəti ilə tanış olmaq və işlərin müasir standartlara uyğunlaşdırılması üçün hər ay ölkəyə səfər edəcəklər.

Bu məsləhətləşmələr qısamüddətlidir və KfW tərəfindən ayrılmış əlavə vəsaitlər çərçivəsində həyata keçirilir.

Birinci məsləhətçi iyul ayında göndərilmişdi və o, artıq Fondun müşahidə şurası tərəfindən qəbul olunan sənədlərlə tanış olub və öz tövsiyələrini verib.

Sığorta Fondunun rəhbəri həmçinin Fondun kapitallaşması üçün KfW-in 5 mln. avro və əlavə təbirlər görülməsi üçün 1 mln. avro kredit təqdim etməsi barədə danışıqların davam etdirildiyini də qeyd edib. O, bu vəsaitlərin ilin sonuna qədər alınmasına ümid edir.

Avqustun 13-dən Əhali Əmanətlərinin Sığortası Fondu fəaliyyətə başlayacaq və ilkin sığorta ehtiyatları Fonda üzv banklar üçün müəyyən olunmuş 10 min manat məbləğində birdəfəlik ödənişlər, həmçinin illik 0,6 faiz məbləğində təqvim ödəmələrindən formalaşacaq. Lakin bu məbləğ əmanətlər üzrə gündəlik qalıqlardan 0,15 faiz üzrə hər rübdə öyrəniləcək. Əmanətlərin sığortası haqqında qanuna görə, 2008-ci il yanvarın 1-nə qədər Fonddan 4 min manata qədər məbləğdə əmanətlər, 2008-ci il yanvarın 1-dən 2010-cu il yanvarın 1-nə qədər 6 min manata qədər, 2010-cu il yanvarın 1-dən isə 8 min manata qədər məbləğdə əmanətlər sığortalanacaq.

Xəbər lenti

Xəbər lenti