...

Dabaq xəstəliyi ilə mübarizə üçün Azərbaycanda bufer zona yaradılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Avqust 2007 14:56 (UTC +04:00)
Dabaq xəstəliyi ilə mübarizə üçün Azərbaycanda bufer zona yaradılacaq

Azərbaycan, Bakı/ Trend müxbir A.Bədəlova/ Dabaq xəstəliyi ilə mübarizənin genişləndirilməsi və bu məqsədlə bufer ərazinin yaradılması üçün Azərbaycana üç il müddətində hər il 1 mln. 720 min dabaq əleyhinə vaksin (cəmisi 5 mln. 160 min) ayrılacaq. Bu cür qərar Şərqi Avropa ölkələrində Afrika donuzu taunu və dabaq xəstəliyinin yayılması üzrə Beynəlxalq Epizootik Büronun Parisdə keçirilən toplantısında qəbul olunub. Təqdim olunacaq vaksinlər 2 mln. dollar dəyərindədir.

Tədbirdə iştirak edən Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəhbəri İsmayıl Həsənov bildirib ki, "Azərbaycanda dabaq xəstəliyi virusunun yayılmamasının səbəbi aparılan məqsədyönlü tədbirlər və bufer zonanın yaradılması ilə əlaqədardır".

Toplantıda həmçinin bildirilib ki, Şərqi Avropa ölkələrində Afrika taunu xəstəliyinin yayılması bu ölkələrin iqtisadiyyatına ciddi zərər vurur. Qazaxıstanın bir sıra əyalətlərində dabaq xəstəliyi virusunun digər əyalətlərə yayılmasının qarşısını almaq üçün müvafiq tədbirlərin görülməsinin vacibliyi qeyd olunub. Hazırda dabaq xəstəliyi virusu İran, Rusiya, Qazaxıstan və Türkiyədə yayılıb. Gürcüstanda isə artıq 65 regiondan 52-də Afrika donuzu taunu aşkar olunub.

Azərbaycanda heyvanların xəstələnməsinin qarşısını almaq üçün monitorinqlər aparılır. Həmçinin ölkəyə donuz gətirilməsi məhdudlaşdırılıb. Sərhəd keçidləri xüsusi rejimdə fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti