...

Azərbaycan Beynəlxalq Bankı–Moskva sindikatlaşdırılmış kredit cəlb edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Avqust 2007 18:27 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / "Azərbaycan Beynəlxalq Bankı - Moskva" 50 mln. dollar dəyərində sindikatlaşdırılmış kredit cəlb edib. Bu barədə Cbonds-un yaydığı məlumatda göstərilib. Kreditə təlabat 60,5 mln. dollar olsa da kredit yenidən imzalanıb və onun məbləği əvvəlcə nəzərdə tutulmuş 25 mln. dollardan 50 mln. dollara qədər artırılıb.

Müvəkkil əsas təşkilatlar və bukranner kimi GarantiBank International və ICICI çıxış edib. Banco Finantia və Mashreqbank sazişə ümumi sindikatlaşmaya qədər müvəkkil əsas təşkilatçı kimi qoşulublar. Vəsaitlər ümumi korporativ məqsədlərə yönəldiləcək.

İstiqrazçı illik 140 mln. dollar kredit götürməklə iyun ayında bazara daxil olan "Azərbayacan Beynəlxalq Bankının" 100 faizli törəmə müəssisəsidir.

Təşkilatçılar Calyon və UniCredit (faiz dərəcəsi libor+70%) olub.

Xəbər lenti

Xəbər lenti