...

"Absheron" sığorta şirkəti sığorta xidmətləri paketini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Avqust 2007 11:30 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müx. Ü.İsmayılova/ "Absheron" sığorta şirkəti sentyabr ayından sığorta xidmətləri paketini genişləndirməyə başlayacaq. Bunu şirkətin baş direktoru Rafiq Hacıyev deyib .

Onun sözlərinə görə, hazırda şirkət 23 növ sığorta xidmətinə dair lisenziyaya malikdir, lakin yalnız üçü üzrə xidmət göstərir. Bunlar vətəndaş məsuliyyətinin sığortası, avtomobil sahiblərinin icicbari sığortası və bədbəxt hadisələrdən fərdi sığortadır.

"Əməkdaşlar ixtisasartırmadan keçəndən sonra, yaxud yeni peşəkar əməkdaşların cəlb edilməsindən sonra şirkət yeni sığorta xidmətlərini təklif edəcək" - deyə Hacıyev vurğulayıb.

Hacıyev həmçinin qeyd edib ki, şirkət nizamnamə kapitalını 0,720 mln. manatdan 1,2 mln. manatadək artırıb.

"Nizamnamə kapitalının artırılması ilə bağlı qərar "Sığorta haqqında" yeni qanunun gözlənilməsi ilə bağlı qəbul olunmuşdur" - deyə o bildirib.

"Sığorta haqqında" yeni qanun ölkə parlamentinin payız sessiyasında qəbul oluna bilər. Qanun layihəsinə əsasən, Azərbaycanın sığorta şirkətləririn nizamnamə kapitalı 2008-ci il yanvarın 1-nə 1 mln. manat təşkil etməlidir. Hazırkı qanuna görə, sığorta şirkətlərinin nizamnamə kapitalı 700 min manata bərabərdir.

Azərbaycanda bu gün 29 sığorta şirkəti fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti