...

İyulda Bakıda satılan ən bahalı torpaq sahəsinin qiyməti açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Avqust 2007 17:06 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Ü.İsmayılova/ İyulda Bakıda ən bahalı torpaq sahəsi Nəsimi rayonunda satılıb - bir sot $350 min, ən ucuzu isə Abşeron rayonunda - bir sot $280. Bu barədə "Daşınmaz əmlak bazarının iştirakçıları" ictimai təşkilatının məlumatında bildirilir.

İyulda bir sotun orta qiyməti $22010 təşkil edib.

Nəzərə çarpan qiymət dəyişiklikləri Bakının beş rayonunda müşahidə olunub. Bunlar Nəsimi, Nərimanov, Yasamal, Sabunçu və Suraxanı rayonlarıdır. Digərlərində isə nisbi sabitlik müşahidə edilib.

İyulda bazarda təklif olunan 543 hektar torpaq sahəsində 72 faiz boş sahələr təşkil edib.

Xəbər lenti

Xəbər lenti