...

Azərbaycan Dövlət Gömrük Komitəsi MDB ölkələri ilə əmtəə dövriyyəsinin həcmini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Avqust 2007 12:19 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Azərbaycana yeddi ay ərzində MDB ölkələrindən 1013613,5 min dollar məbləğində idxal həyata keçirilib ki, bu da ölkəyə ümumi idxalın 35,31 faizini təşkil edir. Bu barədə məlumatı Dövlət Gömrük Komitəsindən veriblər.

Azərbaycandan MDB ölkələrinə ixracın məbləği 671935 min dollar təşkil edib (ümumi ixracın 19,79 faizi). MDB ölkələri ilə idxal-ixrac əməliyyatlarında 341678,5 min dollar məbləğində mənfi saldo yaranıb.

MDB ölkələrinə əsasən neft və neft məhsulları, bitum mineralları, şəkər, heyvandarlıq və bitki yağları, tərəvəz ixrac olunub.

MDB ölkələrindən isə Azərbaycana quruda istifadə olunmaq üçün nəqliyyat vasitələri, mineral yanacaq, dənli bitkilər, avadanlıq, mexaniki qurğular, qara metal məmulatları gətirilib.

Xəbər lenti

Xəbər lenti