...

Azərbaycan prezidenti Hacıqabul rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üzrə əlavə tədbirlərə dair sərəncam imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Avqust 2007 13:30 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir U.İsmayılova/ Azərbaycan prezidenti İlham Əliyev Hacıqabul rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üzrə əlavə tədbirlərə dair sərəncam imzalayıb. Bu barədə rəsmi mətbuatda məlumat yer alıb.

2007-ci ilin dövlət büdcəsində nəzərdə tutulan prezidentin ehtiyat fondundan Hacıqabul icra hakimiyyətinə 1 mln. manat ayrılacaq.

Azərbaycan Maliyyə Nazirliyinə vəsaitlərin köçürülməsini təmin etmək tapşırığı verilib.

Sərəncam imzalandığı gündən - avqustun 29-dan qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti