...

Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Sentyabr 2007 13:53 (UTC +04:00)
Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Xəlilova /Keçən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə olan rəsmi məzənnəsi 0,0003 bənd möhkəmlənib (0,03 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,85234 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi sentyabrın 3-də (1 ABŞ dolları üçün 0,8525 manat), minimum isə sentyabrın 7-də (1 ABŞ dollarına 0,8522 manat) müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
27avqust 0,8530 3sentyabr 0,8525
28avqust 0,8528 4sentyabr 0,8524
29avqust 0,8526 5sentyabr 0,8523
30avqust 0,8526 6sentyabr 0,8523
31avqust 0,8526 7sentyabr 0,8522
Həftə ərzində orta 0,85272 Həftə ərzində orta 0,85234

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası valyuta birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0004 bənd (0,4 faiz) aşağı düşüb. Orta məzənnə 1 ABŞ dollarına 0,85196 manat səviyyədə müəyyən olunub.

Dolların manata münasibətdə maksimum məzənnəsi sentyabrın 5-6-da (1 ABŞ dollarına 0,8523 manat), minimum isə sentyabrın 3-4-də (1 ABŞ dollarına 0,8516 manat) müəyyən olunub.

Ötən həftə BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): sentyabrın 3-də - sövdələşmə həyata keçirilməyib, lakin məzənnə 0,8516 AZN/USD səviyyəsində formalaşdırılıb, sentyabrın 4-də - 0,8516 AZN/USD məzənnəsi ilə $3,44 mln., sentyabrın 5-də- 0,8523 AZN/USD məzənnəsi ilə $11,37 mln., sentyabrın 6-da - 0,8523 AZN/USD məzənnəsi ilə $2,25 mln., sentyabrın 7-də - 0,8520 AZN/USD məzənnəsi ilə $6,33 mln.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
27avqust 0,8530 3sentyabr 0,8525
28avqust 0,8528 4sentyabr 0,8524
29avqust 0,8526 5sentyabr 0,8523
30avqust 0,8526 6sentyabr 0,8523
31avqust 0,8526 7sentyabr 0,8522
Həftə ərzində orta 0,85272 Həftə ərzində orta 0,85234
ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi
27avqust 0,8509 3sentyabr 0,8516
28avqust 0,8508 4sentyabr 0,8516
29avqust 0,8507 5sentyabr 0,8523
30avqust 0,8512 6sentyabr 0,8523
31avqust 0,8516 7sentyabr 0,8520
Həftə ərzində orta 0,85104 Həftə ərzində orta 0,85196

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN və T+2 BEST bankları tərəfindən sifarişlər təqdim olunmayıb. Göstərilən dövr ərzində özəlləşdirmə çeklərininin qiyməti 12 manat səviyyəsində qalıb. Özəlləşdirmə çeklərinin fəaliyyət müddəti 1 yanvar 2008-ci il tarixində bitir.

Xəbər lenti

Xəbər lenti