...

Nazir: "İsveçrə Azərbaycandan qaz almaqda maraqılıdır"

Energetika Materials 7 Noyabr 2007 20:44 (UTC +04:00)
Nazir: "İsveçrə Azərbaycandan qaz almaqda maraqılıdır"

Azərbaycan, Bakı / Trend , müxbir İ.Xəlilova/ Çərşənbə günü Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayevin verdiyi məlumata görə, İsveçrənin enerji istehsalçıları Azərbaycan qazının alınmasına maraq göstərirlər.

"Bizim infrastruktur inkişaf etməkdədir. Alternativ kəmərlərin sayının artması Azərbaycanın enerji daşıyıcılarına marağı artırır" - deyə nazir əlavə edib.

Bu məsələlərlə digər nazirliklər məşğul olduğundan ,qiymət və digər parametrlərlə bağlı qərarlar onlar tərəfindən qəbul olunur, iqtisadi inkişaf nazirliyinin vəzifəsi isə, müraciətlərin lazımi instansiyalara çatdırılmasıdır. Nazir bununla əlaqədar olaraq, Azərbaycan-İsveçrə hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının noyabrın 14-də Bakıda keçiriləcək iclası zamanı İsveçrəyə qaz nəqlinə dair hər hansı bir sənədin imzalanmasını istisna edir.

Babayevin sözlərinə görə, hazırda qaz nəqlinə dair Yunanıstanla müqavilə imzalanıb. İtaliya Yunanıstan vasitəsilə yanacağın tranzitinə də maraq göstərir.

"Hazırda Azərbaycan təkcə istehsalçı ölkə olmasına görə deyil, həm də regionda yeganə tranzit ölkə olduğuna görə diqqət mərkəzindədir. Biz NABUCCO, "Odessa-Brodı" layihələrində iştirak etməkdə maraqlıyıq" - deyə nazir bildirib.

Xəbər lenti

Xəbər lenti