...

Gəncənin Qaz İdarəsinə yeni rəis təyin olunub

Energetika Materials 6 Dekabr 2007 15:51 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Gəncə şəhər Qaz İdarəsinə yeni rəis təyin olunub. Gəncə şəhər Qaz İstismarı İdarəsindən cümə axşamı bildiriblər ki, yeni təyin edilən rəis Rəfil Əliyev əvvəllər Bakı şəhər Qaz İstehsalat Birliyində baş mühəndis vəzifəsində işləyib. Bu ilin sentyabrından idarədə rəis işləyən Şubay Nəsibov öz istəyi ilə rəis müavini keçib.

Son 3 il ərzində Gəncə şəhər Qaz İstismarı İdarəsində 5 rəis təyin olunub. Buna səbəb kimi vətəndaşlardan istifadə etdikləri qazın haqqının yığılmaması göstərilib.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti