...

"Vitol" İrana benzin idxalını dayandırıb

Energetika Materials 24 Dekabr 2007 12:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / "Reuters"in verdiyi məlumata görə, İsveçrənin İrana iri avtomobil benzini tədaruk edən "Vitol" şirkəti gələn ildən 2007-ci ildə imzalanan razılaşmadan irəli gələn 70 mln. dollar dəyərində itki səbəbindən yanacağın tədarükü ilə bağlı uzunmüddətli müqaviləni dayandırmaq qərarına gəlib. "Vitol" İranın benzin bazarının 60%-ni təchiz edir. "Energy Intelligence Group"un yazdığı məlumatla belə deyilir.

İran neftin ixracına görə dünyada dördüncü yeri tutur, ölkənin neft emalı zavodları ABŞ-ın nüvə proqramı əleyhinə tətbiq etdiyi sanksiyaların işığında ölkənin daxili bazarının tələbatını tam şəkildə ödəməyə çalışır. "Vitol"un iyun ayında İrana tədarük etdiyi benzin həcminin sayəsində ölkə yanacaq idxalını 60%-ə qədər azaltmağa nail olub.

"Reuters"in verdiyi məlumata görə, İranın "Vitol"u hansı şirkətlə əvəz edəcəyi hələ də müəyyən deyil. İranın əsas tədarükçüləri Hindistan, Niderland, Fransa və BƏƏ-dir.

Xəbər lenti

Xəbər lenti