...

Texnologiyaların effektivliyi xarici şirkətlərə Rusiyanın strateji yataqlarına çıxış əldə etməyə imkan verir-analitik

Energetika Materials 25 Dekabr 2007 18:40 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir A.Bədəlova/ Rusiyanın Təbii Ehtiyatlar Nazirliyi xarici şirkətlərin ölkənin strateji yataqlarına çıxışı mexanizmlərini sadələşdirib. Əvvəllər faydalı qazıntıların əsas yataqlarına çıxışı olmayan qeyri-rezidentlər indi yeraltı sərvətlər üzrə hərraclarda iştirak etmək imkanı qazanıblar. Antanta Kapital Investisiya Şirkətinin aparıcı analitiki Olqa Qurudeva Rusiya hökumətinin bu qərarını xarici şirkətlərin bəzi yataqların işlənilməsi üçün yerli şirkətlərdə olmayan texnikaya malik olmaları ilə əlaqələndirir. "Yerli şirkətlərin şelf zonasında, dənizdə və ya mənimsənilməsində qeyri-standart yanaşma tələb edən bəzi yataqların işlənilməsi üçün lazımi texnologiya və avadanlıqları yoxdur. Xarici şirkətlərin sərəncamında hazır üsullar və texnika var" -Qurudeva çərşənbə axşamı elektron poçtu ilə Trend -a məlumat verib. Analitik öz sözlərinə dəstək kimi, ABŞ-ın Halliburton Şirkətini misal gətirib. Onun rəyinə görə, bu şirkətin birgə müəssisələrdə iştirakı hazırlıq işlərinin və yataqların işlənilməsinin müddətini əhəmiyyətli dərəcədə azalda bilər. Analitikin rəyinə görə, hasilat sahəsində birgə müəssisələrin yaradılmasına dair bir qədər əvvəlki qadağa strateji faydalı qazıntıların işlənilməsində qeyri-rezidentlərin iştirakına yol verilməməsinə dair Rusiyanın prinsipial mövqeyi ilə əlaqədar deyil. "Hasilat sahəsində birgə müəssisələrin yaradılmasının qadağan edilməsi və bununla əlaqədar olaraq, bəzi xarici şirkətlərin birgə layihələrdən getməsinin səbəbi birgə müəssisələrin xarici tərəfdaşlara əsaslandırılmayan imtiyazlar vermələri ilə bağlıdır" -o bildirib.

Xəbər lenti

Xəbər lenti