...

Azərbaycan neftinin qiyməti aşağı düşüb

Energetika Materials 7 Yanvar 2008 16:24 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir A. Bədəlova/ CİF liman Augusta şəraitində Azərbaycan yüngül neftinin qiyməti yanvarın 4-də $97,5/barr təşkil edib. 1997-ci ildən bu xammalın hasilatı ilə məşğul olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən bazar ertəsi verilən məlumatda deyilir ki, bazar ertəsi neftin qiyməti cümə axşamı ilə müqayisədə $1,4/barr. aşağı düşüb. Azeri Light növlü neft Azərbaycanın "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokunda hasil olunur. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanına çatdırılır. ARDNŞ-dən verilən məlumata görə, FOB Türkiyənin Ceyhan limanı şəraitində Azərbaycan yüngül neftinin qiyməti yanvarın 4-də $96,13/barr təşkil edib, bu isə, ötən qiymətdən $1,32/barr azdır. Azərbaycan xammalı Bakı-Novorossiysk boru kəməri ilə gətirərək, URALS növlü neftini Novorossiysk limanından satır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəməri sistemində digər növlərlə qarışdırılır və Novorossiysk limanından URALS şəklində satılır. Neftin bu növü keyfiyyət və qiymət baxımından Azəbaycan neftindən ucuzdur. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 4-də $91,06/barr təşkil edib, bu isə ötən qiymətdən $1,09/barr azdır. Şimal dənizində hasil olunan etalon növlü Brent Dated neftinin qiyməti yanvarın 4-də $96,89/barr təşkil edib, bu isə, ötən qiymətdən $1,45/barr azdır.

Xəbər lenti

Xəbər lenti