Azərbaycan, Bakı, 16 yanvar/ " , müxbir A.Bədəlova/ Neftin qiymətləri ABŞ iqtisadiyyatının aşağı düşməsi riski, həmçinin OPEK-in xammal hasilatını artırması mümkünlüyü fonunda azalmaqda davam edir.
ABŞ prezidenti Corc Buş bu həftə Səudiyyə Ərəbistanına səfəri zamanı neftin hazırkı qiymətlərinin ABŞ iqtisadiyyatı üçün çox yüksək olduğunu bildirib. RBK-nın yazdığına görə, yanvarın 15-də aparıcı neft birjalarında baş tutan ticarət sövdələşmələrinə görə, neftin dünya qiymətləri əhəmiyyətli dərəcədə azalıb. Yaxın ayın tədarükünün neft fyuçerslərinin rəsmi qiymətləri Londonda InterContinental Exchange Futures - IPE Brent Crude-də 90,98 (-1,94) dollar/barr. , Nyu-Yorkda New York Mercantile Exchange - Light, Sweet Crude Oil-də 91,90 (-2,30) dollar/barr. təşkil edib.
ABŞ-ın Energetika Nazirliyinin tərkibinə daxil olan Energetik İnformasiya Administrasiyasının (EİA) eksperti Tankred Lidderdeyl çərşənbə günü Trend a bildirib ki, neftin ABŞ da daxil olmaqla istənilən dövlətin iqtisadiyyatının davam gətirə biləcəyi "ən yüksək qiymətini" müəyyən etmək olmaz.
"Hər dəfə neftin qiymətlərinin artması çətinliklər yaradır (istehlakçılar üçün) və onun istehlakını ixtisar etməyə məcbur edir. Neftin qiymətlərinin artmasından çoxlu sayda istehlakçı və biznes nümayəndələri əziyyət çəkir" - Lidderdeyl bildirib.
ABŞ prezidenti neftin qiymətlərinin azaldılması üçün OPEK-i hasilatı artırmağa çağırıb.
OPEK dekabrda İraq nəzər alınmadan (OPEK-in hasilatı məhdudlaşdırılmayan yeganə üzvü) kartelin neft hasilatı həcminin sutkada 30 mln. barel təşkil etməsi haqqında qərar qəbul edib.
EİA-nın proqnozlarına görə, 2009-cu ildə OPEK-in neft hasilatı gündə orta hesabla 31,8 mln. barel təşkil edəcək. 2008-ci ildə bu rəqəm 32,6 mln. barel olacaq.
EİA-nın yanvar məruzəsində 2008 və 2009-cu illərdə dünyada neftə tələbatın proqnozlaşdırılan sutkada 1 mln. barelə nisbətən 1,6 mln. barelədək artacağı deyilir.
EİA-nın energetik bazarlar üzrə departamentinin direktoru Duqlas Makintayrın əvvəllər Trend a verdiyi məlumata görə, 2008-ci ilin böyük yarısı və 2009-cu ildə neftin qiyməti aşağı düşəcək.