...

"Qazprom"-un Ukraynaya qaz tədarükünü dayandırması şübhəlidir-ekspertlər

Energetika Materials 8 Fevral 2008 20:07 (UTC +04:00)
"Qazprom"-un Ukraynaya qaz tədarükünü dayandırması şübhəlidir-ekspertlər

Ukrayna, Kiyev, 08 fevral/ " müxbir Z.Novosvitski/ Rusiyalı inhisarın fevralın 8-də bəyanat verdiyi kimi, "Qazprom"-un fevralın 11-dən Ukraynaya qaz tədarükünü dayandıracağı ehtimalı çox azdır.

"Qaz tədarükünün dayandırılması olmayacaq. Yəqin ki, bu, Ukrayna hökumətinin White Stream layihəsi, həmçinin, Rusiya qazının Ukrayna ərazisindən tranzit qiymətinin mümkün artırılması üzrə bəyanatına "Qazprom"-un reaksiyasıdır", - Ukraynanın "Sokrat" investisiya-maliyyə qrupunun satış və yeni bazarlar üzrə icraçı direktoru Konstantin Lesniçi Trend -a bildirib.

Əvvəllər Ukrayna-nın Baş naziri Yuliya Timoşenko Avropa İttifaqı ilə Mərkəzi Asiya dövlətlərini Qara dəniz və Ukrayna vasitəsilə Aİ ilə birləşdirəcək yeni White Stream qaz kəmərini tikmək niyyəti haqqında bəyanat verib. Bundan əlavə, Ukraynanın Baş naziri ölkə ərazisindən qazın tranziti üçün tariflərə yenidən baxılmasının lehinə çıxış edir.

Ekspert bu məsələlərdə "Qazprom"-un mövqeyinin çox sərt olacağını qeyd edib və bunun orta müddətli perspektivdə Ukraynaya idxal edilən qazın qiymətinin artmasına gətirib çıxaracağını istisna etməyib.

"NOMOS" Mərkəzinin energetik proqramlar direktoru Mixail Qonçar texniki cəhətdən "Qazprom"-un Ukraynaya qaz tədarükünü dayandıra bilməyəcəyini, onun bu mövzuda bəyanatlarını isə, yalnız informasiya hədəsi hesab edir.

" "Qazprom" tərəfindən belə addımlar atılarsa, bu bumeranq olacaq və onun özünə qayıdacaq. Düşünürəm ki, bu vəziyyətdə "Qazprom" daha çox risk edir və o cümlədən, qeyri-şəffaf və öz ehtiyatından silah kimi istifadə edən struktur kimi reputasiyasını bir daha təsdiqləyir", - Qonçar bildirib.

"Qazprom"-un bəyanatına görə, fevralın 7-dək Ukraynaya 1,5 mlrd. kubmetr Rusiya qazı verilib və $500 mln. məbləğində borc yaranıb.

Ukraynaya qaz tədarükünün "Qazprom"-un 2008-ci il üçün balansında nəzərdə tutulmadığını nəzərə alaraq, "Qazprom" onların davam etdirilməsi üçün Ukrayna tərəfinin təcili olaraq hüquqi əsas yaratmasını, müvafiq müqavilə və aktları imzalamağını, yığılan borcun ləngidilmədən ödənilməsini təmin etməyi tələb edir.

Bu edilməsə "Qazprom" Rusiya qazının Ukraynaya tədarükünü dayandırmağı vəd edir. "Naftoqaz Ukrainı" "Qazproma"-un Ukrayna şirkətinin qanunsuz qaz toplaması haqqında ittihamını əsassız sayır.

"Naftoqaz Ukrainı"-nın idarə heyəti sədrinin birinci müavini İqor Didenko Ukraynaya təbii qaz tədarükü ilə bağlı münaqişənin nizamlanması üzrə "Qazprom"-ASC-nin rəhbərliyi ilə danışıqlar aparmaq üçün cümə günü Moskvaya gedib.

Xəbər lenti

Xəbər lenti