...

Azərbaycanın boru prokat zavodu sağlamlaşdırma proqramı təqdim edib

Energetika Materials 12 Fevral 2008 20:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 fevral/ Trend , müxbir İ.Xəlilova/ Bu gün "Azərboru" Səhmdar Cəmiyyəti (Sumqayıt boru prokat zavodu) Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinə müəssisənin fəaliyyətinin tam bərpa edilməsi Proqramını təqdim edib. Proqram $20 mln.-dan çox vəsaitin yatırılmasını tələb edir. Bu barədə zavodun baş direktoru Əzim Əzimov məlumat verib.

O, "Azərboru"-nun istehsal gücünün ildə 140-150 min boruyadək artırılması üzrə tədbirləri nəzərdə tutur və bunun üçün boru istehsalı üzrə əlavə xətlərin işini bərpa etmək lazımdır. Ötən ilin yekunlarına görə, məhsulun buraxılış həcmi 2006-cı ilə nisbətən iki dəfə artaraq, 25 min ton təşkil edib. Bu il bu həcmi 55 min tonadək artırmaq planlaşdırılıb.

Əzimov hesab edir ki, zavodda istehsal edilən məhsulların çeşidini genişləndirmək üçün hazırda respublikaya xaricdən gətirilən mufta istehsalı üzrə sexin fəaliyyətini bərpa etmək lazımdır. Bu isə, öz növbəsində, boruların maya dəyərinin bahalaşmasına səbəb olacaq.

İstehsal edilən məhuslların yarısından çoxu (61 faiz) daxili bazarın tələbatı üçün nəzərdə tutulub. Əvvəllər "Azərboru"-nun 60- 168 mm diametrli borular buraxmasına baxmayaraq, bu gün onların çeşidi genişlənib və siyahıya 187,194,219 mm diametrli borular əlavə edilib. Yaxın vaxtlarda, Amerika Neft İnstitutunun (APİ) istehsal standartları tətbiq edildikdən sonra, 178 mm diametrli müdafiə borularının istehsalı başlayacaq.

Bu gün zavodda, orta əmək haqqı 211 manat olmaqla, 1214 nəfər çalışır.

Hazırda Sumqayıt boru prokat zavodu 2005-ci ilin sonunda Britaniyanın Targol Investment şirkəti ilə investisiya öhdəliklərinin yerinə yetirilməməsinə görə müqavilə pozulduqdan sonra, yenidən tam dövlət mülkiyyətindədir.

Məqalə müəllifinin əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti