...

Qazaxıstan ildə 100 mln. tondan çox neft hasil edəcək: "KazEnergy" Assosiasiyasının sədri Timur Kulibayevlə müsahibə

Energetika Materials 15 Fevral 2008 16:21 (UTC +04:00)
Qazaxıstan ildə 100 mln. tondan çox neft hasil edəcək: "KazEnergy" Assosiasiyasının sədri Timur Kulibayevlə müsahibə

Qazaxıstan, Astana, 15 fevral / Trend , müxbir K.Konırova / Astanada "KazEnergy" Assosiasiyasının sədri Timur Kulibayevlə Trend ın xüsusi müxbirinin müsahibəsi

- Yekun iclasda "KazEnergy" Assosiasiyası Dünya Neft Şurasına daxil olma təşəbbüsü ilə çıxış edib...

- Bəli, "KazEnergy" Assosiasiyası Qazaxıstanın Dünya Neft Şurası iştirakçıları tərkibinə daxil olması haqqında qərarı bəyənib. Bu qərarı Qazaxıstanın Energetika və Mineral Ehtiyatlar Nazirliyi dəstəkləyib. Hesab edirəm ki, Qazaxıstan dünya neft cəmiyyətinin iri iştirakçısıdır. Ölkəmiz neft hasilatını artıracaq. Hazırda bizdə təxminən 70 milyon ton neft hasil olunur və güman edirəm ki, yaxın gələcəkdə bu göstərici 100 milyon ton və daha artıq olacaq. Dünya proseslərində iştirak etmək bizim üçün əhəmiyyətlidir.

- Hökümətin, hasilat şirkətlərinə ixrac gömrük rüsumunun yeridilməsinə dair təşəbbüsünü necə şərh edərdiniz?

- Müzakirələr zamanı assosiasya üzvləri bu tədbirlərin tətbiqinin operativliyinə dair öz fikirlərini bildiriblər, çünki dünya təcrübəsi onların ciddiliyini göstərir. Bu, əsasən, iqtisadiyyatın investisiya əsasına toxuna bilər. Rüsumların tətbiq edilməsi, Qazaxıstanda işləyən neft şirkətlərinin investisiya fəallığını zəiflədə bilər. Bu səbəbdən də, dövlətin və investorların maraq balansını birgə tapmaq imkanının olması, müxtəlif ssenarilərdə büdcənin davranış modelini öyrənmək, yüksək dərəcəli mütəxəssisləri dəvət emək üçün, Assosiasiya yeni vergi kodeksinin hazırlanmasına dair işçi qrupunda iştirak etmək haqqında qərar qəbul edib. İnvestisiya riskləri konkret ölkə spesifikasına malikdir. Mən deməyəcəyəm ki, bizdə nəqliyyata və yataqlarımızın yüksək kükürdlü və təzyiqli olmasına görə mənimsəmələrə çoxlu xərc çəkilir, bu da öz təsirini göstərir. Lakin xatırlamaq lazımdır ki, dünyada investisiya rəqabəti var.

- Bəs bu rüsumun alternativi varmı?

- Hər zaman elə vəziyyətlər yaranır ki, neft şirkətləri ödəməyə, dövlət isə, daha çox vergi almağa hazırdır. Balans tapmaq lazımdır.

- Geoloji forumun keçirilməsi labüdlüyü haqda qərar qəbul edilibmi?

- Bu forum sentyabrda Astanada "KazEnergy"nin üçüncü Avrasiya energetika forumu çərçivəsində baş tutacaq.

- "Manqıstaumunayqaz"ın səhmlərinin 72 faizinin "Kazmunayqaz" tərəfindən alınmasını necə qiymətdəndirirsiz?

- "Manqıstaumunayqaz", təəssüf ki, Assosiasiyaya üzv deyil, eyni zamanda, bildiyimə görə, du sövdə təkcə "Manqıstaumunayqaz"ın səhmlərinə deyil, həm də iki dəniz blokuna, kəşfiyyat üçün 15 lisenziyaya və ən əsası - "Pavlodar neftkimya zavodu" QSC -yə (PNKZ) aiddir, bu da daxili bazarın neft məhsulları ilə doldurulması məsələsini həll etməyə imkan verəcək.

- KMQ PNKZ- dən ötrü Qərbi Sibirdə neft yataqlarının alınması məsələsini necə qiymətləndirirsiniz?

- Ümumiyyətlə, bu sual Karabalinə aiddir. Lakin soruşursunuzsa, mənim şəxsi qiymətim belədir: Milli Şirkət ["Kazmunayqaz"] üçün gəlirlilik varsa, o, hər hansı aktivləri ala bilər. Hər bir şirkət inkişaf etməlidir, qarşısına iri beynəlxalq oyunçu olmaq məsələsini qoyan milli şirkət isə, qonşu ölkələrə gedə və o bazarlarda möhkəmlənə bilər.

- PNKZ bazasında BM yaradılmasını necə qiymətləndirirsiz?

- Sərhədyani ölkələrin hər hansı inteqrasiyası və bazarların, xüsusilə də neft məhsulları bazarının stabilləşməsi üzrə güclərin koordinasiyası alqışlanmalıdır. Hazırda Qazaxıstana neft məhsullarının yarısı Rusiyada gəlir və yəqin ki, daxili bazarda Rusiya şirkətlərinin olmasını dəstəkləməyin mənası var, çünki bu, neft məhsullarının çatışmazlığını aradan qaldırmağa və qiymət səviyyəsini qorumağa kömək edəcək. Bizdə qiymət Rusiyadakından yüksəkı deyil, neft məhsullarının bəzilərinin qiyməti isə, hətta aşağıdır.

- Məlumat var ki, investor seçiminin gələcək strategiyasında üstünlük Ərəb ölkələri və ya Cənub-şərqi Asiya ölkələri investorlarına veriləcək?

- Siz bilməlisiniz ki, Qazaxıstanda investor seçimi tender əsasındaaparılır, hökumətin tələblərinə müvafiq şirkətlər qalib gəlir və hər hansı üstünlük yoxdur. Hər konkret vəziyyətə görə tərəfdaş seçilir və onun Amerikadanmı və ya Asiyadanmı olması mühüm deyil . Qazaxıstanda çoxlu mürəkkəb yataqların olması, bundan əlavə. Qazaxıstan neft hasilatı artımının dəniz layihələri ilə əlaqələnməsi, hökumətə, hesab edirəm, ilk növbədə, şirkətin müvafiq təcrübəsinin, texnologiyasının, idarəçisinin olması önəmlidir.

Xəbər lenti

Xəbər lenti