...

Yanvarda Azərbaycanda mazut və avtomobil benzini ehtiyatı azalıb

Energetika Materials 18 Fevral 2008 13:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 fevral / Trend / Yanvarda Azərbaycanın əsas istehlakçılarının mazut ehtiyatları 256,9 min ton təşkil edib, bu da 2007-ci ilin yanvar göstəricisindən 6,8 faiz azdır - Dövlət Statistika Komitəsinin məlumatında deyilir. Mazutun əsas istehlakçıları elektrik stansiyaları və sənaye müəssisələridir.

Yanvarda avtomobil benzini ehtiyatı 12,1 min ton (2006-cı ilin yanvarından 2,4 faiz azdır), dizel yanacağı - 10,5 min ton (2006-cı ilin yanvarından 5 faiz çoxdur), ağ neft - 12 min ton (2006-cı ilin yanvarından 1 faiz çoxdur), kömür - 4,3 min ton (2006-cı ilin yanvarından 38,7 faiz çoxdur) təşkil edib. Avtomobil benzini, dizel yanacağı, ağ neft və kömürün əsas istehlakçıları nəqliyyat sektorunun müəssisələridir.

2007-ci ildə elektrik və istilik stansiyalarında enerji istehsalına 4 mlrd. 518,2 mln. kubmetr qaz və 1 mln 15,4 min ton mazut sərf edilib. Yenidənqurma və müasirləşmə ilə bağlı aparılan işlər nəticəsində. 2007-ci ildə 1 kVt/s elektrik enerjisi istehsalına orta hesabla 352,8 qram şərti yanacaq sərf edilib.

Xəbər lenti

Xəbər lenti