...

BP öz neftinin sabit hasilatının davam edəcəyini proqnozlaşdırır

Energetika Materials 28 Fevral 2008 20:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 fevral / Trend , müxbir A.Bədəlova / 2007-ci ildə BP illik hasilatı 112 faiz və ümumi sübut edilmiş ehtiyatı 17,8 mlrd. barelədək artırıb, - BP-nin icraçı direktoru Toni Heyvard (Tony Hayward) deyib, - şirkətin press-relizində deyilir.

Maliyyə analitiklərinə şirkətin illik startegiyasının təqdim edilməsi üzrə əsas elementlərini qeyd edən Heyvard deyib ki, neftin qiymətinin bir bareli $60 olduqda BP, hasilatının təkcə dörd il artacağına deyil, həm də hasilatın minimum 2020-ci ilədək, hətta yeni açılışlar və ya yeni imkanlara çıxış olmadıqda, gündə dörd mln. neft barel səviyyəsində saxlamağı bacaracağına əmindir.

"BP Exploration & Production"nın icraçı direktoru Endi İnqliş(Andy Inglis) bildirib ki, ötən ilin iri dünya tapıntısından olan Azərbaycandakı "Şahdəniz" yatağında böyük ehtiyatlar aşkar edib. Digər iri tapıntılar Misirdə, Anqolada və Meksika körfəzində aşkarlanıb.

Ötən il, "Şahdəniz" qaz - kondensat yatağının işlənməsi layihəsinin texniki operatoru olan BP, bu yataqda dördüncü qiymətləndirmə quyusunun qazıntısı zamanı iri qaz yatağının açılmasını bəyan edib. Bu quyunun qazıntısı nəticəsində təsdiq edilir ki, işləmələrin ikinci mərhələsi üçün "Şahdəniz"də kifayət qədər qaz həcmi var. Güman edilir ki, bu həcm analoji olacaq və ya "Şahdəniz" layihəsinin birinci mərhələsi çərçivəsində ehtiyat həcmindən çox olacaq. Birinci mərhələ çərçivəsində, ildə təxminən 8,6 mlrd. kub metr qaz hasil etmək nəzərdə tutulur.

Azərbaycan Dövlət Neft Şirkəti mütəxəssislərinin qiymətlərinə görə, yataqda qaz ehtiyatı 1,2 trln. kub metr qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti