...

Azərbaycan "Nabukko" boru kəmərinin doldurulması üçün kifayət qədər qaza malikdir – ABŞ Dövlət Departamentinin nümayəndəsi

Energetika Materials 27 Mart 2008 13:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 mart/ Trend müxbir A.Bədəlova/ ABŞ Dövlət katibinin Avropa və Asiya işləri üzrə müavini Metyu Brayza bildirib ki, Azərbaycan Türkiyə-Yunanıstan-İtaliya (TGİ) və "Nabukko" kimi boru kəməri layihələrinin reallaşdırılması üçün kifayət qədər qaza malikdir. Bu barədə ABŞ Dövlət Departamentinin məlumatında deyilir.

"Azrbaycan Türkiyə-Yunanıstan-İtaliya (TGİ) boru kəmərinin və yəqin ki, "Nabukko" qaz kəmərinin doldurulması üçün kifayət qədər qaza malikdir", - Brayza bildirib.

Brayzanın sözlərinə görə, Yunanıstanın inkişaf naziri Xristos Foliasın martda Azərbaycana səfəri energetika üzrə Anlaşma memorandumunun icra edilməsində birinci addımdır.

"Yunanıstan NATO üzrə bizim müttəfiqimizdir və bizim məqsədimiz qaz alışının diversifikasiya edilməsində bu ölkəyə yardım etməkdir. Biz dünyada ən böyük təbii qaz ehtiyatına malik Türkmənistana yanacaq ixracının diversifikasiya edilməsində Türkmənistana yardım etməyə can atırıq. Lakin biz Rusiyaya zərər yetirmək istəmirik", - o bildirib.

Brayza qeyd edib ki, TGİ qaz kəməri "Nabukko" kimi Xəzər qazının Avropaya tədarükü üzrə "Cənub axını" axını layihəsi üzərində böyük üstünlüklərə, o cümlədən iqtisadi üstünlüklərə malikdir.

"Nabukko Rusiyanı ötməklə Mərkəzi Asiya qazının Aİ-yə, birinci növbədə isə Avstriya və Almaniyaya çatıdırılması üzrə 3,3 min km uzunluğunda layihələşdirilən magistral qaz kəməridir. Layihə gücü ildə 26-32 mlrd. kubmetr qazdır. Tikintini 2013-cü ilədək başa çatdırmaq planlaşdırılır. Layihənin təqribi tikinti qiyməti - $6,2 mlrd.

Qaz kəmərinin tikintisi üzrə konsorsiumda aşağıdakı şirkətlər iştirak edir: OMV Gas GmbH (Avstriya), Botas (Türkiyə), Bulgargaz (Bolqarıstan), Transgaz S.A. (Rumıniya), MOL Natural Gas Transmission Company Ltd. (Macarıstan), RWE (Almaniya)

Xəbər lenti

Xəbər lenti