...

Azərbaycanda neft emalının gücü stabildir – ABŞ Dövlət Enerji İnformasiyaları İdarəsi

Energetika Materials 5 Aprel 2008 15:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 aprel / Trend , müxbir A.Bədəlova/ Azərbaycanda neft emalının gücü 2004-cü ildən stabil səviyyədə qalmaqdadır və sutkada 399 min barrelə (İldə 19,8 mln. ton) çatıb. Bu barədə ABŞ Dövlət Enerji İnformasiyaları İdarəsinin (EIA) dünyada neft emalı gücünə dair aprel hesabatında bildirilir.

Azərbaycanda Dövlət Neft Şirkətinin (ARDNŞ) tərkibinə daixil olan iki Neft Emalı Zavodu (NEZ) mövcuddur. ARDNŞ hər il NEZ-də təxminən 6,5 mln. ton neft emal edir. Bu neft yataqlardan şəxsi vəsaitlər hesabına hasil edilir. Avtomobil benzini, dizel yanacağı və mazut daxil olmaqla neft məhsulları daxili bazarda reallaşdırılır, Gürcüstan, İran və digər ölkələrə ixrac olunur.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələrində neft emalının ümumi gücü cari ildə sutkada 45,388 mln. barr. neft təşkil edəcək ki, bu da 2007-ci ilin göstəricilərindən 0,3 faiz azdır. 2008-ci ildə İƏİT ölkələrində neft emalı üzrə Azərbaycanın xüsusi çəkisi 0,08 faiz təşkil edəcək. Aşağıda 2008-ci il üzrə sutkada neft emalı gücü və ölkələrin cədvəli göstərilib:

Albaniya 26
Əlcəzair 450
Anqola 39
Argentina 626
Aruba 271
Avstraliya 707
Avstriya 209
Azərbaycan 399
Bəhreyn 262
Banqladeş 33
Belarus 493
Belçika 798
Boliviya 41
Braziliya 1 908
Bruney 9
Bolqarıstan 115
Birma 57
Kamerun 37
Kanada 1 969
Çili 227
Çin 6 246
Kolumbiya 286
Konqo (Brazzavil) 21
Kosta-Rika 24
Kot-d'İvuar 64
Xorvatiya 250
Kuba 301
Çexiya 183
Danimarka 174
Dominikan Respublikası 47
Ekvador 176
Misir 726
Salvador 22
Eritreya 15
Finlandiya 252
Fransa 1 932
Qabon 24
Almaniya 2 417
Qana 45
Yunanıstan 423
Macarıstan 161
Hindistan 2 256
İndoneziya 993
İran 1 451
İraq 598
İrlandiya 71
İsrail 220
İtaliya 2 337
Yamayka 36
Yaponiya 4 651
İordaniya 90
Qazaxıstan 345
Kenuya 90
Koreya, Şimali 71
Koreya, Cənubi 2 577
Küveyt 889
Qırğızıstan 10
Liberiya 15
Liviya 378
Litva 190
Makedoniya 50
Malayziya 515
Martinika, adaları 17
Meksika 1 540
Mərakeş 155
Niderland 1 227
Antil adası 320
Yeni Zelandiya 107
Nikaraqua 20
Nigeriya 505
Norveç 315
Oman 85
Pakistan 267
Papua-Yeni Qvineya 33
Paraqvay 8
Peru 193
Filippin 282
Polşa 493
Portuqaliya 304
Puerto-Riko 73
Qətər 200
Rumıniya 517
Rusiya 5 428
Səudiyyə Ərəbistanı 2 080
Seneqal 25
Serbiya 215
Syerra-Leone 10
Sinqapur 1 344
Slovakiya 115
Sloveniya 14
İspaniya 1 277
Şri-Lanka 50
Sudan 122
Surinam 7
İsveç 437
İsveçrə 132
Suriya 240
Tayvan 1 290
Tanzaniya 15
Tailand 729
Trinidad və Tobaqo 168
Tunis 34
Türkiyə 714
Türkmənistan 237
Ukrayna 880
Birləşmiş Ərəb Əmirliyi 781
Birləşmiş Krallıq 1 858
Birləşmiş Ştatlar 17 436
Uruqvay 50
Özbəkistan 222
Venesuela 1 282
Virciniya adası, ABŞ 500
Yəmən 140
Zambiya 24

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti