...

"Qazprom" "Şimal Axını" boru kəməri ilə qaz nəqlinin tariflərini artıra bilər – analitik

Energetika Materials 7 Aprel 2008 19:11 (UTC +04:00)
"Qazprom" "Şimal Axını" boru kəməri ilə qaz nəqlinin tariflərini artıra bilər – analitik

Azərbaycan, Bakı, 07 aprel/ Trend , müxbir A.Bədəlova/ Rusiyanın ən iri qaz inhisarçısı "Qazprom" "Şimal Axını" qaz kəməri layihəsinin dəyərini 6 mlrd. avrodan 7,4 mlrd. avroyadək artırıb. Layihənin dəyərinin üçdə biri onun səhmdarları, 70 faizi kreditlərin hesabına maliyyələşdiriləcək.

Layihənin səhmdarları "Qazprom" (51 faiz), Almaniyanın Wintershall Holding və E.ON Ruhrgas (hər biri 20 faiz) şirkətləri və Hollandiyanın Gasunie dövlət şirkətidir(9 faiz).

"Antanta Kapital" investisiya şirkətinin neft-qaz analitiki Timur Xayrulinin sözlərinə görə, "Şimal Axını"-nın qiymətinin artması səhmdarlar üçün qorxulu deyil.

Onun sözlərinə görə, "Qazprom" qaz nəqlinin tariflərini artıraraq, "Şimal Axını"-nın xərcini çıxarmaq müddətini azalda bilər.

"Qaz nəqlinə görə tarfilərin artırılması variantı tamamilə mümkündür. Layihə reallaşdırılmağa başlarkən qazın qiyməti indikindən iki dəfə aşağı olub. Buna görə, "Qazprom" "Şimal Axını" üzrə qazın nəqli xərclərini artıra bilər və bu, layihənin öz xərcini ödəməsi müddətini azaltmağa imkan verəcək", - Xayrulin bazar ertəsi Trend -a bildirib.

"Şimal Axını" üzrə tədarükün bazarları kimi Almaniya, Böyük Britaniya, Niderland, Fransa, Danimarka və digər ölkələr çıxış edirlər.

"Şimal Axını" Vıborq altında Rusiyanın Baltik sahilini Qrayfsvald rayonunda Almaniyanın Baltik sahili ilə birləşdirəcək. Qaz kəmərinin uzunluğu təqribən 1200 kilometrdir. "Şimal Axını"-nın illik buraxma gücü 27,5 mlrd. kubmetr qaz olan birinci hissəsinin 2010-cu ildə istismara verilməsi nəzərdə tutulub. 2012-ci ilə qaz kəmərinin ikinci hissəsinin tikintisi onun buraxma gücünü 55 mlrd. kubmetrədək artıracaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti