...

Azərbaycan Dövlət Neft Şirkəti "Neft muzeyi" layihəsinin konsepsiyalarının hazırlanması üçün müsabiqə elan edib

Energetika Materials 10 Aprel 2008 23:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 aprel / Trend / Azərbaycanın Dövlət Neft Şirkəti (ARDNŞ) Bakıda "Neft muzeyi"dizayn-layihəsinin konsepsiyasını yaratmaq üçün beynəlxalq müsabiqə elan edib. Bu barədə cümə axşamı ARDNŞ-nın yayılmış məlumatında bildirilir.

Muzey Bakı şəhərinin Səbayıl rayonunda "Azneft" İstehsalat Birliyinin "Bibiheybət" Neftqazhasiletmə İdarəsinin neftdən təmizlənmiş və rekultasiya olunmuş 45 hektarlıq ərazisində yerləşəcək.

Müsabiqədə iştirak edən namizədlər muzey kompleksi zonasının açılış və bağlanışını əks etdirən layihələr təklif etməlidir.Açıq sahədə sərgi qalereyaları, multipleks tipli kinozallar, uşaq muzeyi və internet-klub, bir neçə kafe, suvenir mağazaları, iclas zalı, elmi-araşdırma mərkəzi, kitabxana, ARDNŞ-nın mərkəzləşdirilmiş arxivi, qonaq evi yerləşəcək. Bağlı zonaya isə muzey binası daxildir. Açıq zonada yeddi parkdan ibarət olan kompleksin tikintisi, eləcə də daha bir ayrıca park və avtomobil dayanacağının tikintisi planlaşdırılır.

Yeni muzeyin tikintisində beynəlxalq standartlara uyğun yüksək keyfiyyətli konstruksiyalar, material və avadanlıqlar, eləcə də yeni texnologiyalar və innovasiyalardan istifadə olunması ehtimal olunur. Hər iştirakçı yalnız bir layihə təqdim edə bilər.

Müsabiqədə bu sahədə təcrübəsi olan xarici və yerli, fiziki və hüquqi şəxslər, həm fərdi, həm də qrup şəklində iştirak edə bilər.

Namizədlər layihə qrupuna iştirak barədə ərizələr və digər sənədləri ( layihə istisna olmaqla) 2008-ci ilin mayın 23-ə, müsabiqə üzrə təklifləri isə 2008-ci ilin mayın 30-a kimi təqdim edə bilər. Müsabiqənin yekunları 2008-ci il iyunun 2-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti