...

2008-ci ildə Türkmənistanın xarici neft sərmayələri 2,5 milyard dollar təşkil edəcək – Dövlət Agentliyi

Energetika Materials 23 Aprel 2008 13:14 (UTC +04:00)
2008-ci ildə Türkmənistanın xarici neft sərmayələri 2,5 milyard dollar təşkil edəcək – Dövlət Agentliyi

Azərbaycan, Bakı, 23 aprel / " , müxbir S.Əliyev/ Türkmənistan bu il neft sektorunun işlənməsinə 2,5 mlrd. dollar həcmində xarici investisiyanın cəlb ediləcəyini gözləyir. Bu barədə çərşənbə günü Bakıda Türkmənistan prezidenti yanında karbohidrogen ehtiyatlarının istifadəsi və idarə olunması üzrə Dövlət Agentliyinin icarçı direktoru Bayrammurad Muradov bildirib.

Onun sözlərinə görə, Türkmənistanın karbohidrogen ehtiyatları 45 mlrd. ton neft ekvivalenti qiymətləndirilir. Bu göstəricinin 21 mlrd. tonu maye karbohidrogenin, 25 trln. kub metri isə qazın payına düşür. Türkmənistan şelfinin dəniz bloklarında ehtiyatlar 18 mlrd. ton neft ekvivalenti qiymətləndirilir ki, bunun da 12 mlrd. ton neft ekvivalenti neftin, 6 trln. kub merti isə qazın payına düşür.

Muradov Türkmənistandan karbohidrogen ixracı üçün planlaşdırılan yeni marşrutları müsbət qiymətləndirib və qeyd edib ki, Transxəzər marşrutu ilə bağlı məsələ gündəlikdə qalmaqda davam edir.

Muradov, digər xarici dövlətlərin nümayəndələri ilə birgə Bakıda Böyük Britaniyanın "Confidence Energy" şirkəti və Azərbaycan Dövlət Neft Akademiyası tərəfindən təşkil olunan II Xəzər neft-qaz ticarət-nəqliyyat konfransında iştirak edir.

Konfrans çərçivəsində Xəzərin təkcə XXI əsrin daha əhəmiyyətli neft-qaz hövzələrindən biri kimi dünya enerji bazarı sisteminə makronteqrasiya məsələləri nəzərdən keçirilmir, burada həmçinin ixrac istiqamətlərinin Xəzəryanı ölkələrin iqtisadiyyat və neft-qaz sahələrinə təsirinin ətraflı təhlili də aparılır.

Eləcə də Xəzər hövzəsi ölkələrinin enerji bazarı, regionda ticarət, nəqliyyat infrastrukturu və tranzit, neft məhsullarının keyfiyyəti məsələləri təhlil olunur.

Xəbər lenti

Xəbər lenti