...

ARDNŞ-ın Gürcüstandakı yeni terminalı rəsmi olaraq mayın 16-da açılacaq

Energetika Materials 28 Aprel 2008 19:13 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 28 aprel / Trend , müxbir N.Kirtsxalia/ Küləvi neft terminalı rəsmi olaraq mayın 16-da açılacaq. Bu barədə jurnalistlərə Tbilisidə olan Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev məlumat verib.

"Bu, Cənubi Qafqaz regionunda ən böyük neft terminalı olacaq və o, müasir idarəetmə sistemləri ilə təchiz olunacaq", - deyə o bildirib.

ARDNŞ prezidenti qeyd edib ki, terminalın tikintisinin başa çatdırılması üçün ARDNŞ 305 mln. dollar həcmində sindikatlaşdırılmış kredit götürüb. Kredit verən qismində "ABN Amro", "Societe Generale" və "BNP Paribas" olmaqla 15 Avropa bankından ibarət konsorsium çıxış edib. Neftin yüksək qiyməti və neft hasilatı artımını nəzərə almaqla ARDNŞ 2009-cu ildə borcu tam olaraq ödəmək niyyətindədir.

Terminalın ümumi boşaldıb-yükləmə gücü 2 mln. ton neft, 3 mln. ton dizel yanacağı, 4 mln. ton mazut daxil olmaqla ildə 10 mln. ton neft-maye yükü təşkil edəcək. Terminalın ehtiyat parkının ümumi tutumu - 320 min. kub metrdir. Layihə üzrə boşaldıb-yükləmə gücünün 20 mln. tona, ehtiyat parkının isə 380 min. kub metrə qədər artırılması planlaşdırılır.

Terminal 168 sisternin daşınması mümkün ola biləcək dörd dəmir yolu, bir giriş kanalı və üç yanalmadan ibarət olacaq.

Terminalın strukturuna neft və neft məhsullarının yoxlanılması üzrə laboratoriya, qazın yüklənməsi üçün xüsusi estakadalar, həmçinin doqquz köməkçi servis gəmilərindən ibarət mobil flotiya, 13,8 kilometr uzunluğunda olan "Kolxeti-Küləvi" yeni dəmiryolu xətti daxildir. Hesablamalara görə, obyekt 100 mindən 150 min tonadək dedveytlik tankerləri sərbəst olaraq qəbul etmək imkanında olacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti