...

2009-cu ildə OPEK-in mənfəəti $70 mlrd. azalacaq

Energetika Materials 7 May 2008 19:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 may/ Trend müxbir A.Bədəlova/ ABŞ Dövlət Energetika İnformasiyası İdarəsi (EİA) 2009-cu ildə OPEK-in neft ixracından əldə edilən mənfəətinin $70 mlrd. azalaraq 2008-ci ildə $1,060 mlrd.-a qarşı $990 mlrd.-a düşəcəyini proqnozlaşdırır.

EİA-nın qiymətləndirmələrinə görə, ötən il OPEK-in mənfəəti, 2006-cı illə müqayisədə, 10 faiz artıb.EİA-nın qiymətləndirməsinə əsasən, 2007-ci ildə OPEK-in mənfəəti $674 mlrd. təşkil edib. Bu, 2008-ci ilə olan proqnozdan $386 mlrd. azdır.

2007-ci ildə mənfəətin böyük bir hissəsi Səudiyyə Ərəbistanının payına düşüb - $194 mlrd. Bu, ötən il OPEK-in ümumi gəlirinin 29 faizini təşkil edib.

EİA-nın qiymətləndirmələrinə görə, 2008-ci ildə OPEK ölkələrindən neft tədarükü həcmi sutkada 36,86 mln. barel təşkil edəcək. 2007-ci ildə bu rəqəm 35,43 mln. barel olub. Proqnozlara əsasən, 2009-cu ildə tədarük həcmi cüzi artacaq və sutkada 36,95 mln. barel təşkil edəcək.

Dövlət Energetika İnformasiyası İdarəsi ABŞ-ın 1977-ci ildə Konqress tərəfindən yaradılmış energetika departamentinin statistika agentliyidir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti