...

Qazaxıstan prezidenti BTC neft kəmərinə dair Azərbaycanla müqavilənin təsdiq olunması haqqında qanun imzalayıb

Energetika Materials 29 May 2008 19:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may/ Trend / Qazaxıstan prezidenti Nursultan Nazarbayev "Neftin Bakı-Tbilisi-Ceyhan sistemi vasitəsilə Qazaxıstan Respublikasından Xəzər dənizi və Azərbaycan ərazisi ilə beynəlxalq bazarlara nəqlinə dəstək və yardım üzrə Qazaxıstan Respublikası və Azərbaycan Respublikası arasında Müqavilənin təsdiqi haqqında" Qanun imzalayıb. Bu barədə cümə axşamı Qazaxıstan prezidentinin rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.

BTC neft kəmərinin ümumi uzunluğu 1768 kilometrdir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindən keçir. Boru kəmərinin tikintisi 2003-cü ilin aprelində, onun neftlə doldurulması isə, 2005-ci il mayın 18-də başlayıb.

Neft kəmərinin Gürcüstan hissəsinədək 2005-ci il avqustun 10-da, Türkiyə hissəsinədək - 2005-ci il noyabrın 18-də, Ceyhan terminalınadək 2006-cı il mayın 28-də çatıb.

BTC-nin tikintisi $4 mlrd.-a başa gəlib. Bu tikinti işləri, boru kəmərinin doldurulmasına olan xərclərdir. Maliyyə xərcləri və bank faizlərinin ödənilməsi bura daxil deyil. Ümumi maliyyə kreditinin məbləği $2,6 mlrd. təşkil edir.

BTC Co-nun səhmdarları aşağıdakılardır: BP (30,1 faiz); AzBTC (25 faiz); Chevron (8,9 faiz); StatoilHydro (8,71 faiz); TRAO (6,53 faiz); Eni (5 faiz); Total (5 faiz); Itochu (3,40 faiz); Inpex (2,5 faiz); ConocoPhillips (2,50 faiz) və Hess (2,36 faiz).

Xəbər lenti

Xəbər lenti