...

Azərbaycan neftinin qiyməti artıb

Energetika Materials 30 May 2008 18:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 may / " müxbir A.Bədəlova/ Azərbaycanın AZERI LT CIF Augusta növlü neftinin 1 barelinin qiyməti mayın 29-da 132,02 dollara çatıb. 1997-ci ildən yüngül neft hasil edən Azərbaycan Dövlət Neft Şirkətindən cümə günü verilən məlumata görə, cümə axşamı neftin qiyməti çərşənbə gününə nisbətdə 1 barel üçün 0,38 dollar artıb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa və dəmir yolu ilə Batumi limanlarına çatdırılır.

ARDNŞ-dan bildiriblər ki, AZERI LT FOB Ceyhan-nın mayın 29-da qiyməti 1 barel üçün 130,72 dollar təşkil edib. Bu, əvvəlki qiymətdən 0,45 dollar çoxdur.

Azərbaycan neftin URALS növünü də Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URALS adı ilə satılır. Bu növ, spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Mayın 29-da URALS neftinin qiyməti 1 barel üçün 122,24 dollar təşkil edib. Bu əvvəlki qiymətdən 0,53 dollar artıqdır.

Analoji vəziyyt Şimal dənizindən hasil edilən neftin Brent Dated etalon növünə də aiddir. Brent Dated neftinin mayın 29-da qiyməti 1 barel üçün 129,52 dollara çatıb. Bu əvvəlki qiymətdən 0,58 dollar çoxdur.

Xəbər lenti

Xəbər lenti