Azərbaycan, Bakı, 05 iyun/ Trend / İran regionda həyata keçiriləcək həm "Nabukko", həm də digər layihələrdə maraqlıdır. Bu barədə cümə axşamı Bakıda keçirilən mətbuat konfransında İran xarici işlər nazirinin müavini Əlirza Şeyx Əttar məlumat verib.
O qeyd edib ki, " biz hələ "Nabukko" layihəsində iştirak üçün rəsmi təklif almamışıq. Lakin rəsmi soğru olarsa, biz onu nəzərdən keçirəcəyik".
"Nabukko" qaz kəməri ilə Türkiyə, Bolqarıstan, Rumıniya vasitəsilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz tədarükü nəzərdə tutulur. İlk tədarüklər 2013-cü ildə başlayacaq. Layihənin ümumi dəyəri - $7,4 mlrd. Qaz Mərkəzi Asiyadan "Nabukko"yadək Xəzərin dibi ilə çəkilməsi planlaşdırılan TransXəzər qaz kəməri ilə çatdırıla bilər.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]