...

Ceyhanda 500-cü tankerə Azərbaycan nefti yükləndi

Energetika Materials 16 İyun 2008 20:03 (UTC +04:00)

Türkiyə, Ankara, 16 iyun / Trend , müxbir T.Əliyev/ Türkiyənin Ceyhandakı Heydər Əliyev adına Dəniz Terminalında 500-cü tankerə Azərbaycan nefti yüklənib.

Terminalı işlədən BOTAŞ Beynəlxalq Şirkətindən (BİL) ї Trend їa verilən məlumata görə, їST Helenї adlı Malta tankerinə 630 min barel xam neft yüklənib və tanker terminaldan ayrılıb.

Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsi ilə Ceyhan terminalına çatdırılan, buradan isə tankerlərlərlə dünya bazarlarına çıxarılan Azərbaycan neftinin həcmi iki il ərzində 394 milyon barelə çatıb. BOTAŞ şirkətinin rəhbərliyi əldə edilən göstəricini uğurlu nəticə kimi qiymətləndirib. 

Xəbər lenti

Xəbər lenti