...

Azərbaycan neftinin qiyməti cüzi dərəcədə aşağı düşüb

Energetika Materials 1 İyul 2008 17:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 iyul / Trend , müxbir A.Bədəlova / Azərbaycanın AZERI LT CIF Augusta növlü neftinin iyunun 30-da qiyməti 1 barel üçün 143,09 dollar təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən Azərbaycan Dövlət Neft Şirkətindən çərşənbə axşamı verilən məlumata görə, bazar ertəsi neftin qiyməti cümə gününə nisbətdə 1 barel üçün 0,1 dollar aşağı düşüb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa və dəmir yolu ilə Batumi limanlarına çatdırılır.

ARDNŞ -dən bildiriblər ki, AZERI LT FOB Ceyhan-nın iyunun 30-da qiyməti 1 barel üçün 141,45 dollar təşkil edib. Bu, əvvəlki qiymətdən 0,07 dollar azdır.

Azərbaycan neftin URAL növünü də Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URAL adı ilə satılır. Bu növ spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

İyunun 30-da URALS neftinin qiyməti 1 barel üçün 132,54 dollar təşkil edib. Bu öncəki qiymətdən 0,29 dollar aşağıdır.

Analoji vəziyyət Şimal dənizindən hasil edilən neftin Brent Dated etalon növünə də aiddir. Brent Dated neftinin iyunun 30-da qiyməti 1 barel üçün 138,86 dollar təşkil edib. Bu əvvəlki qiymətdən 0,24 dollar azdır.

Xəbər lenti

Xəbər lenti