Azərbaycan, Bakı, 06 iyun/ Trend / Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ), əməliyyat şirkətləri (ƏŞ) və birgə müəssisələr (BM) yanvar-iyunda offşor və onşor yataqlarda 31,9 milyon barelədək (4,3 milyon tondan çox) neft hasil ediblər. Bu da 2007-ci il analoji dövründən 364,6 min barel azdır, - ARDNŞ-dan deyiblər.
ARDNŞ-ın Neftqaz Emalı İdarəsinin dənizdə və quruda hasil etdiyi neft həcmi yanvar-iyunda 27,3 milyon barel təşkil edib ki, bu da ötən ilin yanvar-iyun göstəricisindən 239,6 min barel azdır.
Xarici şirkətlər BM və ƏM-i çərçivəsində yanvar-iyunda 4,6 milyon barelə yaxın neft (621,6 min ton) hasil ediblər ki, bu da 2007-ci il göstəricisindən 125 min ton barel azdır.
Proqnoza əsasən, ARMDŞ, BM və ƏŞ bu il 64 milyon barel neft (8,7 milyon barel) hasil edəcəklər. Bu həcmdən 55 milyon barel (7,4 milyo ton) ARDNŞ-ın Neftqaz Emalı İdarəsinin və 9 milyon barel (1,3 milyon ton) BM və ƏŞ-nin payına düşəcək.
Yanvar-iyunda Azərbaycanda ümumi qaz hasilatı 3,8 milyard kub metrdən artıq təşkil edib ki, bu da 2007-ci il göstəricisindən 1 milyard kub metr artıqdır. ARDNŞ-ın Neftqaz Emalı İdarəsinin payına 3, 8 milyard kub metr düşüb. Bu 2007-ci il göstəricisindən 1,1 milyard kub metr çoxdur. BM və ƏŞ bu müddət ərzində 56,4 milyon kub metr hasil ediblər ki, bu da 2007-ci il göstəricisindən 34,6 milyon kub metr azdır.
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) "Azəri-Çıraq-Günəşli"yatağında ARDNŞ üçün yanvar-iyunda 843 milyon kub metr qaz hasil ediblər ki, bu da ötən il göstəricisindən 576 kub metr azdır.
Proqnoza əsasən, ARDNŞ-ın Neftqaz Emalı İdarəsi 2008-ci ildə 7,850 milyard kub metr, BM və ƏŞ-i 150 milyon kub metr qaz hasil edəcək. Azərbaycan "Şah Dəniz" yatağından 2,9 milyard kub metr qaz alacaq. ABƏŞ bu il Azərbaycana 1,4 milyard kub metr qaz verəcək.
Azərbaycanda 18 quyu dənizdə olmaqla ümumi olaraq 57 neft və qaz yatağı mövcuddur. ARDNŞ-ın əməkdaşlarının ştatı 63 min nəfərdir.
Azərbaycanda 2008-ci ildə
hasil edilən neft və qazın sorğu cədvəli
aşağıdakı kimidir:
Neft (min. ton) |
İyun |
Yanvar-iyun |
||
2008 |
2008 |
2007 |
% |
|
Cəmi |
715,65 |
4338,62 |
4388,23 |
98,9 |
ARDNŞ NQEİ |
612 |
3717,01 |
3749,61 |
99,1 |
BM və ƏŞ |
103,65 |
612,61 |
638,62 |
97,3 |
Qaz (mil. м3) |
||||
Cəmi |
643,81 |
3844,23 |
2752,08 |
139,7 |
ARDNŞ NQEİ |
635,96 |
3787,86 |
2661,10 |
142,3 |
BM və ƏŞ |
7,85 |
56,37 |
90,98 |
62 |