...

İran iyulda Çinə 35 min tondan çox kükürd satıb

Energetika Materials 15 İyul 2008 17:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyul/ Trend /İran iyulda Çinə Cənub Pars neft-qaz emalı zavodunda istehsal olmuş 36 min ton kükürd satıb", - deyə Cənub Pars qaz - sənaye kompleks şirkətinin istehsal və ixracat üzrə direktoru Məhəmmədrza Culayi bildirib. Bu barədə İranın "İRNA" agentliyi məlumat yayıb.

Kükürd Üsleviyyə şəhərində yerləşən Pars terminalının estakadasından ixarc edilib.

"Cənub Pars"ın işlənilməsinin hər fazası çərçivəsində zavodda gündəlik 200 ton kükürd istehsal olunur. Cənub Pars qaz yatağının bütün beş mərhələsi bütövlükdə işə başlasa, onda gündəlik kükürd istehsalı 800 - 1000 tona çatacaq" -deyə Culayi bildirib.

Kükürddən, əsasən, əkinçilik və sənaye sahələrində istifadə olunur.

Xəbər lenti

Xəbər lenti