...

ARDNŞ yeni neft quyusu qazır

Energetika Materials 18 İyul 2008 12:51 (UTC +04:00)

Azərbayacn, Bakı, 18 iyul/ Trend , müxbir E.İsmayılov/ Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) "Bail limanı"Dəniz Qazma İşləri İdarəsi ilin sonunadək "Günəşli-14" plarformasında yeni neft istismar quyusunun qazılmasını başa çatdırmağı planlaşdırır, - cümə günü İdarədən bildiriblər.

Hazırda layihədə nəzərdə tutulan 3750 metrdən 3100 metr qazılıb.

Qazma İdarəsi bu il 19 neft-qaz istismar quyusunun qazılmasını nəzərdə tutub ki, bunların da 13-nün ilin sonunadək istismara verilməsi planlaşdırılıb. 19 quyudan 9-u "Günəşli", 6-sı "Neft Daşları", 4-ü "Ələt Dəniz" yataqlarının payına düşür.

İdarə bu il üçün 36 min metrdən çox qazma işlərinin yerinə yetirilməsini planlaşdırıb.

Xəbər lenti

Xəbər lenti