...

Azərbaycanda qaz sayğaclarının işinə müdaxilə artıb

Energetika Materials 18 İyul 2008 19:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyul/ Trend , müxbir E.İsmayılov, P.Əliyeva/ Azərbaycanda təbii qazdan istifadənin uçotu üzrə sayğacların işinə müdaxilə halları artır və kütləvi xarakter alıb. Bu barədə cümə günü Lənkəranda keçirilən mətbuat konfransında "Azəriqaz" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kamandar Eyvazov məlumat verib.

Azərbaycanda yanvar-iyunda qaz sayğaclarının işinə 13 min müdaxilə faktı aşkarlanıb ki, bunun da 80 faizi Bakının payına düşür.

"Bu faktlarla əlaqədar, biz hüquq-mühafizə orqanlarına müraciət edirik, lakin hələ ki, onların işi bizi qane etmir", - Eyvazov bildirib.

Ölkə əhalisinin qaz sayğacları ilə təmin edilməsi 95 faiz təşkil edir. beş faiz Abunəçilərin 5 faizi öz səhlənkarlıqları üzündən, sayğacla təmin edilməyib.

Xəbər lenti

Xəbər lenti