...

Azərbaycanda 500 kiçik su elektrik stansiyasının tikilməsi planlaşdırılıb

Energetika Materials 23 İyul 2008 14:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyul/ Trend , müxbir E.İsmayılov/"Azərenerji"Səhmdar Cəmiyyəti böyük və kiçik su elektrik stansiyalarının tikintisi çərçivəsində təxminən 500 yeni elektrik stansiyasının tikilməsini nəzərdə tutub, - "Azərenerji" SC-nin vitse-prezidenti Marlen Əsgərov deyib.

Proqram çərçivəsində Tovuzda 380 MVt güclü və Girdimançay gölündə gücü 150 MVt olan elektrik stansiyalarının tikilməsi planlaşdırılıb.

Hazırda Azərbaycanın Füzuli rayonunda 50 MVt güclü yeni su elektrik stansiyasının tikintisi davam etdirilir, - Əsgərov deyib.

2010-cu ilədək NMR-in Ordubad rayonunda 35 MVt güclü yeni su elektrik stansiyasının tikintisinin başa çatdırılması planlaşdırılır. Bu layihə həyata keçirildikdən sonra NMR İrana və Türkiyəyə elektrik enerjisi ixrac edə bilər. Bu layihə NMR-in Ordubad rayonunda sərhədyanı Araz çayı sahilində iki elektrik stansiyanın tikilməsini (Azərbaycan və İran tərəfində) nəzərdə tutur.

Çayın su ehtiyatlarından paritet əsaslarda istifadə olunacaq. Stansiya derivasiya tipli olacaq, yəni çayın budaq qollarında yerləşəcək. Su anbarının tikilməsi nəzərdə tutulmayıb.

Xəbər lenti

Xəbər lenti