...

Ukrayna Qara dəniz, Xəzər və Baltik dənizlərinin enerji məkanı üzrə Dövlətlərarası Qrupun özünə aid hissəsini formalaşdırıb

Energetika Materials 24 İyul 2008 15:50 (UTC +04:00)

Ukrayna, Kiyev, 24 iyul/ Trend , müxbir Z.Novosvitski/Ukrayna prezidenti Viktor Yuşşenko  Qara dəniz, Xəzər və Baltik dənizlərinin enerji məkanı məsələləri üzrə Dövlətlərarası Qrupun Ukrayna hissəsinin yaradılması və heyət tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sənəd iyulun 23-də Ukrayna başçısının rəsmi saytında yerləşdirilib.

Dövlətlərarası Qrupun hər üç dənizin enerji məkanının qarşılıqlı qəbul edilən mexanizmlərlə işlənməsinə aid tövsiyə və prinsiplərin yaradılması üzrə razılıq, 2008-ci il mayın 23-də Kiyevdə keçirilən enerji sammitində əldə olub.

Dövlətlərarası Qrupun Ukrayna hissəsinin rəhbəri Ukrayna prezidentinin beynəlxalq enerji məsələləri üzrə səlahiyyətlisi Boqdan Sokolovski təyin olunub.

Ukrayna prezidenti Sokolovskiyə Dövlətlərarası Qrupun iclasları çərçivəsində, danışıqların direktiv layihələri hazırlıamağı və müvafiq qaydada tətbiq etməyi tapşırıb.

Bundan başqa, 2008-ci ilin sentyabrın 1-dək qrup rəhbəri bu dənizlərin enerji məkanına dair birgə Bəyanatda müəyyənləşdirilmiş vəzifələrin yerinə yetirilməsi üzrə razılaşdırılmış layihə tədbirlər planını hazırlamalıdır.

Xəbər lenti

Xəbər lenti