Azərbaycan, Bakı, 01 avqust / Trend müxbir A.Bədəlova/ Azərbaycanın AZERI LT CIF Augusta növlü neftinin iyulun 31- də qiyməti 1 barel üçün 127,72 dollartəşkil edib. 1997-ci ildən yüngül neft hasil edən Azərbaycan Dövlət Neft Şirkətindən cümə günü verilən məlumata görə, cümə axşamı neftin qiyməti çərşənbə gününə nisbətdə 1 barel üçün 3,74 dollar artıb.
Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa və dəmir yolu ilə Batumi limanlarına çatdırılır.
ARDNŞ -dən bildiriblər ki, AZERI LT FOB Ceyhan -nın iyulun 31-də qiyməti 1 barel üçün 125,05 dollar təşkil edib. Bu, əvvəlki qiymətdən 2,56 dollar çoxdur.
Azərbaycan neftin URALS növünü də Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URALS adı ilə satılır. Bu növ, spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.
İyulun 31-də URALS neftinin qiyməti 1 barel üçün 119,58 dollar təşkil edib. Bu,əvvəlki qiymətdən 3 dollar artıqdır.
Şimal dənizindən hasil edilən neftin Brent Dated etalon növünün iyulun 31-də qiyməti 1 barel üçün 125,94 dollar təşkil edib. Bu, əvvəlki qiymətdən 3,44 dollar çoxdur.