Azərbaycan, Bakı, 06 avqust/ Trend / Yanvar-iyulda Azərbaycanda qazın təhvili 6,2 milyard kub metrə yaxın olub ki, bu yanacağın 3,9 milyard kub metri də Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) payına düşüb, - ARDNŞ-nin məlumatında deyilir.
ARDNŞ-nin məlumatında bildirilir ki, qazın qalan 2,2 milyard kub metri, yanvar-iyulda Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) neftlə birgə hasilat həyata keçirdiyi "Azəri-Çıraq-Günəşli" yatağının və "Şahdəniz" müqavilə sahəsinin payına düşüb.
İyulda dövlətə 911,2 mln. kub metr qaz təhvil verilib ki, bunun da 570,1 mln. kub metri ARDNŞ-nin payına düşüb. Qalan 341 mln. kub metr isə ABƏŞ və "Şahdəniz" layihəsinin payına düşüb.
1994-cü ildə imzalanmış PSA tipli müqaviləyə uyğun olaraq, ABƏŞ "Azəri-Çıraq-Günəşli" yatağında neftlə birgə hasil edilən qazı Azərbaycana təmənnasız verir. Bu yalnız konsorsiuma müqavilə üzrə neft-qaz əməliyyatlarının aparılması üçün lazım olan həcmlərdə istisnalıq təşkil edir.