...

Azərbaycanda iki neft servis şirkəti qeydiyyata alınıb

Energetika Materials 21 Avqust 2008 19:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 avqust / Trend / Cari ilin avqust ayında Azərbaycan Vergilər Nazirliyində iki xarici neftservis şirkəti qeydiyyatdan keçib. Bu barədə Azərbaycan Vergilər Nazirliyi saytının "vahid pəncərə" bölməsində bildirilir.

Şirkətlərdən biri "Global Santafe Drilling Operations Inc." (Kayman adaları) Azərbaycandakı filialıdır.

İkinci qeydiyyatdan keçən neftservis şirkəti "Petrofac Caspian Limited" MMC-dir. Bu şirkətin Nizamnamə kapitalı 5500 manatdır. MMC-nin təsçisi Britaniyanın "Petrofac International Limited" şirkətidir.

Xəbər lenti

Xəbər lenti